Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib

Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib

07 Mart 2026

"Biz İrandakı müharibənin yayılmasını istəmirik və bölgədəki hadisələr narahatlıq üçün əsas səbəbdir".

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasından sonra mətbuat açıqlamasında danışıb.

Onun sözlərinə görə, İran qonşuları ilə yaxşı yola getməlidir: "Üçüncü ölkələrə hücum strategiyası çox səhvdir. Bu gün müharibəni (ABŞ, İsrail və İran arasında) bitirmək üçün bütün diplomatik əlaqələri davam etdiririk. Digər tərəfdən TDT Türkiyə və qardaş Azərbaycan qarşısında baş verən hücumlar zamanı güclü dəstək və həmrəylik nümayiş etdirib".