Ramazanın 21-ci gününün duası - imsak və ifrat vaxtı
Sabah Ramazan ayının iyirmi birinci günüdür.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda mart ayının 11-də imsak vaxtı saat 05:52-də, iftar vaxtı isə saat 19:15-dədir.
Ramazan ayının 21-ci gününün duası:
“İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!”
İftar duası:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!
Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.
Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl
Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl
Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra
Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra
Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra
Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq








