Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb

Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb

10 Mart 2026

Azərbaycanda fevral ayında beş aptekdə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə  Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sözügedən apteklərə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi (apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir) üzrə cərimə protokolları tərtib edilib.