Terrorçuluğun qarşısının alınmasına kömək edən şəxs məsuliyyətdən azad edilə bilərmi? -

Terrorçuluğun qarşısının alınmasına kömək edən şəxs məsuliyyətdən azad edilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

11 Mart 2026

Sual: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilərmi?

Cavab: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov