Nikaha hansı hallarda xitam verilir? -

Nikaha hansı hallarda xitam verilir? - HÜQUQ MƏSLƏHƏTİ

05 Mart 2026

Sual: Hansı əsaslar olduqda nikaha xitam verilə bilər?

Cavab: Ər və ya arvad öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Həmçinin ər və arvadın birinin və ya hər ikisinin ərizəsi əsasında nikah pozula bilər. Bundan başqa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən ər və ya arvadın qəyyumu da ərizə verərək nikaha xitam verilməsini tələb edə bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov