Hansı hallarda sərxoş halda cinayət törətmiş şəxs məsuliyyətdən azad olunur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda sərxoş halda cinayət törətmiş şəxs məsuliyyətdən azad olunur?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








