Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları hansılardır?
Cavab: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır:
torpaqdan təyinatı üzrə istifadə etmək;
qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək;
torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan və su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;
torpağın verilməsi şərtlərinə uyğun olaraq istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq;
torpaqdan istifadəyə və icarəyə xitam verildikdə, torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq;
Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək;
qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək.
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə








