Məişət səs-küyünə görə hansı cərimələr tətbiq olunur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə vaxtı saat 24:00-dan 07:00-dək mənzillərdə, yaşayış binalarının giriş və həyətlərində, küçə və digər ictimai yerlərdə səs-küy salan şəxslər məsuliyyət daşıyır.
Bu halda:
Fiziki şəxslər 150 manatdan 200 manatadək,
Vəzifəli şəxslər isə 2.000 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








