Xarici pasport olmadıqda sərhədi hansı sənədlə keçmək mümkündür? -

Xarici pasport olmadıqda sərhədi hansı sənədlə keçmək mümkündür? - HÜQUQ MƏSLƏHƏTİ

26 Fevral 2026

Sual: Qanunvericiliyə əsasən xarici pasport olmadıqda başqa hansı sənədlə sərhədi keçmək olar?

Cavab: Qanunvericiliyə görə sərhədkeçmə sənədi anlayışına bir neçə sənəd daxildir. 

Bunlar aşağıdakılardır:

Xarici pasport,

Vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd,

Dənizçinin şəxsiyyət sənədi,

Qaçqınlara verilmiş yol sənədi,

Vətənə qayıdış şəhadətnaməsi,

Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi,

Beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş digər sənədlər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov