Paşinyan Aİ-nin Türkiyə ilə sərhəddə yeni infrastruktur qurulmasına dəstəyinə ümid edir
Ermənistan Avropa İttifaqının (Aİ) Ermənistan-Türkiyə sərhədində yeni infrastrukturun qurulmasında köməyinə ümid edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlərlə, diplomatlarla və analitik mərkəzlərin nümayəndələri ilə görüş zamanı bildirib.
"Hava sərhədi açıqdır, Ermənistandan Türkiyəyə müntəzəm reyslərimiz var və mən gözləyirəm ki, ikitərəfli reyslər artacaq. Ümid edirik ki, quru sərhəd də açılacaq. Yeri gəlmişkən, bizə Türkiyə ilə sərhəddə yeni infrastruktur lazım olacaq və hazırda biz Aİ-nin bu məsələni necə dəstəkləyə biləcəyini müzakirə edirik", - o qeyd edib.
Baş nazir bir daha təsdiq edib ki, Ermənistan tərəfi Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük avtomobilləri üçün marşrutu təmin etməyə hazırdır. Bunun üçün infrastruktur tamamilə hazırdır.








