Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib

20 Fevral 2026

Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Hatayın Kırıkhan rayonunda yerli vaxtla saat 06:10 radələrində baş vermiş zəlzələ yerin 9 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və insan tələfatı ilə bağlı hələ ki, heç bir məlumat yoxdur.