Paşinyan: Səfirliklər vətəndaşlarına sərhəd rayonlarımıza səfər etməməklə bağlı çağırışları dayandırmalıdır

Paşinyan: Səfirliklər vətəndaşlarına sərhəd rayonlarımıza səfər etməməklə bağlı çağırışları dayandırmalıdır

12 Fevral 2026

Ermənistanda fəaliyyət göstərən səfirliklər öz vətəndaşlarını ölkənin sərhədyanı rayonlarına səfər etməməyə çağırmağa son qoymalıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" yerli KİV-lə istinadən xəbər verir ki, bunu hökumət iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, keçmiş illərdə bəzi səfirliklər vətəndaşları sərhədyanı əraziləri, xüsusilə Sünik vilayətini ziyarət etməkdən çəkinmələri barədə daim xəbərdar edirdilər: "Cənab Mirzoyan (xarici işlər naziri Ararat Mirzoyan - red.), bu səfirliklərlə işləmək lazımdır ki, onlar bunu davam etdirməsinlər".

N.Paşinyan qeyd edib ki, beynəlxalq hesabatlarda Ermənistan cinayət səviyyəsi baxımından təhlükəsiz ölkə kimi göstərilir, 2025-ci il məlumatları da bunu təsdiqləyir.