Türkiyədə 4,9 maqnitudalı zəlzələ olub

Türkiyədə 4,9 maqnitudalı zəlzələ olub

06 Fevral 2026

Türkiyənin Ərzincan vilayətində 4,9 maqnitudada zəlzələ baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 4,52 km dərinlikdə yerləşib.

Təbii fəlakətin təsirləri barədə hələ ki məlumat yoxdur.