Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub - FOTO
Fevralın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbirdə iştirak etmək üçün Naxçıvana səfər edən Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti, Ali Məclisin deputatları və Ali Məclis Aparatının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Naxçıvan Muxtar Respublikas Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeydə Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, burada Ümummilli Liderin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur.












