Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq

06 Fevral 2026

Əliqulu Qəmküsar küçəsini, Babək, Əlincə və 6-cı məhəllələri, eləcə də Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə əlaqədar həmin ərazilərin bəzi ünvanlarında suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə  bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində aparılan təmir-bərpa işlərinin 6 fevral tarixində gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. İşlər başa çatdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Qeyd edək ki, yaranan problemlərlə bağlı vətəndaşlar “545-01-93” nömrəli Çağrı Mərkəzinə (7/24) müraciət edə bilərlər.