Kahramanmaraşın "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq
Kahramanmaraşın "Azərbaycan" yaşayış məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Azərbaycanın Kahramanmaraşda tikinti-bərpa işlərinin icraçı qurumu qismində iştirak edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı bildirib.
Onun sözlərinə görə, layihənin icrası keçən ilin dekabrında təsdiqlənib və icrasına başlanılacaq:
"Mədəniyyət mərkəzində Türkiyə tərəfinin təklifi ilə Azərbaycanın bütün bölgələrindən mədəniyyət nümunələrinin əks olunması nəzərdə tutulub".
Qeyd edək ki, 2025-ci ilin 19 iyununda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar.








