Anar Bağırov: Azərbaycanda qadın vəkillərə ehtiyac var
Azərbaycanda qadın vəkillərə ehtiyac var.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 2800-dən çox vəkil mövcuddur:
"Bu gün Azərbaycanda hər 100 min nəfərə 28 vəkil düşür. Ölkəmizdə vəkillərin sayı digər ölkələrdə müqayisədə azdır. Hüquq fakültəsində təhsil alan qadınların sayı çox olsa da, ancaq onlar müxtəlif səbəblərdən işləmirlər. Bu gün Azərbaycanda qadın vəkillər cəmi 22 % təşkil edir".








