Attestasiya prosesində müəllimlərin ixtisasına aid olmayan suallar yer almır
Attestasiya prosesində müəllimlərin ixtisasına və tədris etdiyi fənnə aid olmayan sual və materiallar yoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov jurnalistlərə açıqlamaslnda deyib.
Onun sözlərinə görə, attestasiya proqramı bir ildən çoxdur müəllimlərə təqdim olunub:
"Əlavə olaraq, bu müddət ərzində həm onlayn, həm də regionlarda ekspertlərin iştirakı ilə görüşlər təşkil olunub".
Vüqar Hümbətov bildirib ki, ekspertlər tərəfindən 3 lehinə, 2 əleyhinə səslə attestasiya prosesindən keçməyən müəllimlər əlavə təlimlərə cəlb olunub:
"Ötən il 233 nəfər təlimə cəlb edilib, onlardan 118 nəfəri imtahanda iştirak edib, 20 nəfər uğurlu nəticə göstərərək işinə bərpa edilib. Bu il də eyni qaydada proses davam etdiriləcək".








