Hüseyn Cavid Məqbərəsində bərpa konservasiya işlərinin aparılmasına başlanılır

Hüseyn Cavid Məqbərəsində bərpa konservasiya işlərinin aparılmasına başlanılır

26 Yanvar 2026

Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavid Məqbərəsində bərpa konservasiya işlərinin aparılmasına başlanılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə muxtar respublikanın Mədəniyyət Nazirliyindən məlumat əldə edib.

Belə ki, razılaşmaya əsasən, bərpa işlərinin layihə-smeta sənədlərini “Bimd” şirkəti hazırlayacaq.

Bununla bağlı bağlanılmış müqaviləyə uyğun olaraq təkcə layihə-smeta sənədlərinin hazırlanmasına 36,2 min manat sərf olunacaq.

Qeyd edək ki, Naxçıvan şəhərində böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin məqbərəsi 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib.

Abidənin layihəsinin müəllifi əməkdar memar Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur.

Məqbərə Türkiyə Cümhuriyyətinin "Start" inşaat şirkəti tərəfindən inşa edilib.