İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək

26 Yanvar 2026

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə tətbiq ediləcək.