Naxçıvanda fermerlərə 1,9 milyon manatlıq texnika satılıb, yeni avadanlıqlar alınacaq
Ötən il Naxçıvan Muxtar Respublikasında “Naxçıvan Aqroservis” ASC tərəfindən 36 fermerin istifadəsinə ümumi dəyəri 1 milyon 916 min 730 manat olan kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq verilib. Satışa 17 adda 49 ədəd texnika çıxarılıb ki, onların 20-si taxılyığan kombaynlardır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fermerlərin tələbatının ödənilməsi məqsədilə 2025-ci ildə Gəncə Avtomobil Zavodundan 27 ədəd “Belarus” markalı traktor alınıb. Texnikalar nağd və lizinq yolu ilə təqdim olunur, dəyərin 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılır.
2026-cı ildə isə “CLASS Dominator” və “New Holland” markalı texnikaların, eləcə də bağçılıq və suvarma üçün yeni avadanlıqların alınması planlaşdırılır.








