Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

26 Yanvar 2026

Milli Məclisin 2026-cı il yaz sessiyasının başlayacağı tarix məlum olub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il iki növbəti yazpayız sessiyalarına yığılır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir, payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Sentyabrın 30-u və fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

2026-cı il sentyabrın 30-u və fevralın 1-i müvafiq olaraq bazarçərşənbə təsadüf edir.

Buna görə Milli Məclisin 2026-cı il yaz sessiyası fevralın 2-sibazar ertəsi günü öz işinə başlayacaq.