Azad edilən ərazilərdə neçə sakinin məskunlaşdığı məlum oldu

Azad edilən ərazilərdə neçə sakinin məskunlaşdığı məlum oldu

25 Yanvar 2026

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 01.01.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 26 014 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73 514 nəfər təşkil edib.