240 valideyn himayəsindən məhrum uşaq ailələrə veriləcək

240 valideyn himayəsindən məhrum uşaq ailələrə veriləcək

24 Yanvar 2026

Bu il 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci il üzrə yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır:

"Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Eyni zamanda bu il daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır".