Azərbaycanda mobil rabitə gəlirləri ötən il 5 %-ə yaxın artıb
Ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.
Təkcə 2025-ci ilin dekabrında isə adıçəkilən xidmətlərdən 125 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 18 % çoxdur.
2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.








