Bu il uşaqlara ən çox bu adlar verildi

Bu il uşaqlara ən çox bu adlar verildi

25 Yanvar 2026

2026-cı ilin cari dövrü ərzində uşaqlara ən çox “Uğur” adı verilib. Siyahıda ikincilik isə qızlara verilən “İnci” və “Alisa” adlarınındır.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Ədliyyə Nazirliyinin statistikasına istinadən xəbər verir.

Statistikaya görə, qızlara isə ən çox İnci və Alisa verilib. Belə ki, bu adların hər biri 15 uşağa verilib.

Ən çox verilən oğlan adları ilə bağlı statistika belədir: Uğur – 21, Hüseyn - 16, Əli - 11, Raul - 11, Tunar 11.

Qızadları ilə bağlı ilk beşlik siyahı belədir: İnci - 15, Alisa – 15, Ayla - 14, Nilay - 13, Məryəm- 12.