Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 3 % artıb
Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 162,1 min sərnişin daşınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 117,4 min sərnişin və yaxud 2,9 % çoxdur.
2025-ci ildə hava yolu ilə daşımaların 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 6,6 % və ya 27,6 min ton azalaraq 391,2 min ton olub.
2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 243,2 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.








