Naxçıvanda baş verən qəzada 6 nəfər xəsarət alıb
Hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonun Çeşməbasar kəndi ərazisindən keçən hissəsində baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumatverirki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Xəsarət alanlar - 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü ildə Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.








