Ötən il motosiklet qəzalarında 12 nəfər ölüb

Ötən il motosiklet qəzalarında 12 nəfər ölüb

23 Yanvar 2026

Ötən il respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.