Qan donorları üçün güzəştlər...

Qan donorları üçün güzəştlər... HÜQUQ MƏSLƏHƏTİ

03 Aprel 2026

Sual: Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara işlədiyi müəssisədə əlavə istirahət günü verilirmi?

Cavab: Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov