Teatr və media işçilərinin məzuniyyət müddəti -

Teatr və media işçilərinin məzuniyyət müddəti - HÜQUQ MƏSLƏHƏTİ

02 Aprel 2026

Sual: Teatr-tamaşa sahəsində çalışıram. Məzuniyyət hüququm neçə təqvim günüdür?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 121-ci maddəsinə əsasən, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir.

Həmin qurumlarda bilavasitə səhnəyə xidmət edən işçilər üçün isə bu müddət 35 təqvim günü olaraq müəyyən edilmişdir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov