Məzuniyyətdə olan işçi işdən çıxarıla bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hal-hazırda əmək məzuniyyətindəyəm. İşəgötürənin məni bu müddət ərzində işdən çıxarmaq hüququ varmı?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işçinin məzuniyyətdə və ya ezamiyyədə olduğu müddət ərzində onun əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır.
Lakin bu qaydanın bəzi istisnaları mövcuddur. İşçi məzuniyyətdə olsa daxı, aşağıdakı hallarda əmək müqaviləsinə xitam verilə bilər:
Müəssisə tamamilə ləğv edildikdə;
Fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə;
Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə çatdıqda.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli








