Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? -

Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

02 Aprel 2026

Sual: Gizli səs yazısı mülki məhkəmə icraatında sübut kimi istifadə edilə bilərmi?

Cavab: Mülki məhkəmə icraatında gizli səs yazısının sübut kimi qəbul edilməsi iki mühüm amildən asılıdır:

Səs yazısı birbaşa iddia predmetinə, yəni tərəflər arasındakı öhdəliklərə (məsələn, borcun etirafı və ya müqavilə şərtlərinin müzakirəsi) aiddirsə və şəxsi həyatın sirrini təşkil etmirsə, Konstitusiya Məhkəməsinin təcrübəsinə əsasən, sübut kimi qəbul edilə bilər.

Səs yazısını qeydə alan şəxs danışıqda iştirak edən tərəflərdən biridirsə, bu, şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilməyə bilər. Çünki həmin danışıq tərəflərin hər biri üçün əvvəlcədən məlumdur və sirr deyil.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Şahmar Həşimov