“Yaxın qohum” anlayışı kimləri əhatə edir? -

“Yaxın qohum” anlayışı kimləri əhatə edir? - HÜQUQ MƏSLƏHƏTİ

31 Mart 2026

Sual: Qanunlarda “yaxın qohum” dedikdə kimlər başa düşülür?

Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi (Azərbaycan Respublikası)nin 7.0.32-ci maddəsinə və Mülki Prosessual Məcəllə (Azərbaycan Respublikası)nin 19-cu maddəsinin qeyd hissəsinə əsasən, yaxın qohumlara aşağıdakılar daxildir:

babalar və nənələr;

valideynlər və övladlığa götürənlər;

doğma və ögey qardaşlar, bacılar;

ər-arvad;

uşaqlar və övladlığa götürülənlər;

nəvələr.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə