Həbs olunan şəxsin himayəsində olan uşaqların hüquqları...

Həbs olunan şəxsin himayəsində olan uşaqların hüquqları... HÜQUQ MƏSLƏHƏTİ

19 Mart 2026

Sual: Valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması zamanı onun himayəsində olan yetkinlik yaşına çatmamış şəxslərin hüquqları nələrdir?

Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması nəticəsində nəzarətsiz və baxımsız qalan, həyat üçün zəruri vəsaitlərdən məhrum olan yetkinlik yaşına çatmamış və əmək qabiliyyəti olmayan şəxslərin dövlət tərəfindən himayə olunmaq hüququ vardır. Bu himayə dövlət büdcəsi hesabına təmin edilir.

Cinayət prosesini həyata keçirən orqan belə şəxslərin müvəqqəti olaraq sosial müdafiə və ya tibb müəssisələrinə yerləşdirilməsi, onlara nəzarət və qulluq göstərilməsi üçün müvafiq göstərişlər verir və bu göstərişlər qəyyumluq və himayəçilik orqanları üçün məcburidir.

Eyni zamanda, həmin şəxslər qohumlarının razılığı ilə onların himayəsinə də verilə bilər.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov