Bayram günləri poçt göndərişlərinin çatdırılmasında gecikmə ola bilər

Bayram günləri poçt göndərişlərinin çatdırılmasında gecikmə ola bilər

19 Mart 2026

Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixlərini əhatə edən qeyri-iş günləri dövründə beynəlxalq poçt göndərişlərinin emalı və çatdırılması proseslərində müvəqqəti gecikmələr müşahidə oluna bilər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Agentlik vətəndaşlara sifarişlərini planlaşdırarkən qeyd olunan dövrü nəzərə almağı və göndərişlərin çatdırılmasında mümkün gecikmələrə hazır olmağı tövsiyə edib.