Parisdə Azərbaycan xalçaları nümayiş olunub
Fransanın paytaxtı Parisdə Novruz bayramı münasibəti ilə Azərbaycan xalçalarından ibarət "İkinci həyat" sərgisi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.
Səfirliyin dəstəyi ilə baş tutan sərgidə diaspor nümayəndələri və xarici qonaqlar da iştirak ediblər.
https://x.com/AzAmbassadeFr/status/2034630117679317124/photo/2








