Ədliyyə xidmətlərindən qeyri-iş günlərində də faydalanmaq olacaq

Ədliyyə xidmətlərindən qeyri-iş günlərində də faydalanmaq olacaq

19 Mart 2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcəkdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu çərçivədə Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat Şöbəsi Novruz bayramı günlərində 30 mart 2026-cı il tarixlərində fəaliyyət göstərəcək.

Muxtar Respublikada fəaliyyət göstərən notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun fəaliyyət göstərəcəklər:

Naxçıvan şəhər 3 saylı Notariat Ofisi – 26, 27, mart 2026-cı il saat 10:00-dan 13:00-dək 

Babək rayon Notariat Ofisi – 24,25 mart 2026-cı il saat 10:00-dan 13:00-dək 

Ordubad rayon Notariat Ofisi – 23, 27 mart 2026-cı il saat 10:00-dan 13:00-dək 

Culfa rayon Notariat Ofisi – 23, 24 mart 2026-cı il saat 10:00-dan 13:00-dək 

Şərur rayon 2 saylı Notariat Ofisi – 23, 25, 27 mart 2026-cı il saat 10:00-dan 13:00-dək 

Şahbuz rayon Notariat Ofisi – 25, mart 2026-cı il saat 10:00-dan 13:00-dək 

Kəngərli rayon Notariat Ofisi – 23 ,27, mart 2026-cı il saat 10:00-dan 13:00-dək 

Vətəndaşlar göstərilən tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.