Qəyyumluqda olan uşaqların hüquqları... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qəyyumluqda (himayədə) olan uşaqların hansı hüquqları vardır?
Cavab: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 139-cu maddəsinə əsasən, Mülki Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar aşağıdakı hüquqlara malikdirlər:
qəyyumun (himayəçinin) ailəsində yaşamaq, tərbiyə almaq və onların qayğısı ilə əhatə olunmaq;
saxlanma, tərbiyə, təhsil, hərtərəfli inkişaf və insan ləyaqətinə hörmət edilməsi üçün zəruri şəraitlə təmin olunmaq;
onlara düşən pensiya, müavinət, aliment və digər sosial ödənişləri almaq;
yaşadıqları ev (mənzil) üzərində mülkiyyət və ya istifadə hüququnu qoruyub saxlamaq, mənzil olmadıqda isə qanunvericiliyə uyğun yaşayış sahəsi ilə təmin olunmaq.
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə.








