Şantaj edərək pul tələb edənləri hansı cəza gözləyir? -

Şantaj edərək pul tələb edənləri hansı cəza gözləyir? - HÜQUQ MƏSLƏHƏTİ

17 Mart 2026

Sual: Məni şantaj edərək pul tələb edirlər. Bunun məsuliyyəti nədir?

Cavab: Sizi və ya yaxın qohumlarınızı zor tətbiq etməklə hədələmə, barənizdə rüsvayedici məlumatlar yaymaq və ya əmlakınızı məhv etməklə qorxudaraq pul və ya əmlak tələb edən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə cinayətini törətmiş hesab olunur.

Bu əməli törədən şəxs 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər həmin əməl:

təkrar törədilərsə,

zor tətbiq etməklə həyata keçirilərsə,

xeyli miqdarda əmlak əldə etmək məqsədi daşıyarsa,

bu halda təqsirli şəxs 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun stajor müstəntiqi - Məhəmməd Əliyev.