Zəruri müdafiə həddini aşmaqla adam öldürmə cinayət məsuliyyəti yaradırmı? -

Zəruri müdafiə həddini aşmaqla adam öldürmə cinayət məsuliyyəti yaradırmı? - HÜQUQ MƏSLƏHƏTİ

16 Mart 2026

Sual: Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə cinayət məsuliyyəti yaradırmı?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 123-cü maddəsinə əsasən, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov