“Naxçıvanqala”da tullantılar tinglərlə dəyişdiriləcək

“Naxçıvanqala”da tullantılar tinglərlə dəyişdiriləcək

16 Mart 2026

Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi ərazisində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, aksiya çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumlu şüşə butulka və ya banka, həmçinin 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ağac tingi əldə edə biləcəklər. Təşəbbüsün məqsədi tullantıların təkrar emalını təşviq etmək, ətraf mühitin qorunmasına və yaşıllaşdırma işlərinə töhfə verməkdir.

Təşkilatçılar hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətin qorunmasına dəstək verməyə çağırırlar.

Aksiya martın 20-si saat 12:00-da Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi ərazisində keçiriləcək.