Siyasi partiyalar üçün verilən vaxt başa çatır
Martın 31-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2025-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sözügedən məsələ "Siyasi partiyalar haqqında" Qanunun müvafiq maddəsində əksini tapıb.
Qanuna görə, siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim edilir.
Qeyd edək ki, yanvardan etibarən MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb.








