Qazı: Naxçıvanda bayram namazı martın 20-də saat 09:00-da qılınacaq

Qazı: Naxçıvanda bayram namazı martın 20-də saat 09:00-da qılınacaq

16 Mart 2026

Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla martın 20-nə təsadüf edəcək.

Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov bildirib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında bayram namazı martın 20-də saat 09:00-da Heydər Məscidi, Sarvanlar, Came, Pirqəmiş və Kazım Qara Bəkir Paşa məscidlərində, eləcə də muxtar respublikanın rayon məscidlərində qılınacaq.

O həmçinin qeyd edib ki, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Qeyd olunub ki, fitrə canın sədəqəsi hesab olunur və imkanı olan müsəlmanların ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, onu imkansız və ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu da hər bir ailənin bayram sevincini yaşamasına imkan yaradır.

Müsahibəni hazırladı:

Mətin Kamal