ETSN-nin əməkdaşı: Naxçıvanda yaz mövsümü üçün hazırlıq işləri görülür
Naxçıvan Muxtar Respublikasında yaz mövsümünə hazırlıq və yaşıllaşdırma işləri davam etdirilir.
Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun sağ kənarında yerləşən 7,5 hektar sahədə yaz mövsümünə hazırlıq işləri aparılır.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şükufə Həsənova bildirib.
O qeyd edib ki, ərazidə 1200 ədəd əkin çalası qazılıb, sahə kol-kosdan təmizlənib, ağaclarda quru budama işləri görülüb və zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilib.
Bildirilib ki, ərazidə damcılı suvarma sisteminin qurulması və suvarma xətlərinin çəkilməsi istiqamətində də müvafiq işlər görülüb.
Onun sözlərinə görə, yaşıllaşdırma sahələrində müasir və suya qənaət edən suvarma üsullarının tətbiqi, damcılı suvarma sistemlərinin qurulması və suvarma xətlərinin çəkilməsi istiqamətində işlər görülür.
Nazirlik əməkdaşı əlavə edib ki, növbəti günlərdə meşəbərpa tədbirləri çərçivəsində daha 4 hektar sahədə suvarma xətlərinin yenilənməsi planlaşdırılır.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








