Ştat ixtisarı zamanı işçilər əvvəlcədən xəbərdar edilməlidirmi? -

Ştat ixtisarı zamanı işçilər əvvəlcədən xəbərdar edilməlidirmi? - HÜQUQ MƏSLƏHƏTİ

11 Mart 2026

Sual: İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda əmək stajından asılı olaraq işçilərə rəsmi xəbərdar edilməlidirmi?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi əmək stajından asılı olaraq əvvəlcədən rəsmi qaydada xəbərdar edilməlidir. Xəbərdarlıq müddətləri aşağıdakı kimidir:

1 ilədək əmək stajı olduqda – azı 2 təqvim həftəsi

1 ildən 5 ilədək əmək stajı olduqda – azı 4 təqvim həftəsi

5 ildən 10 ilədək əmək stajı olduqda – azı 6 təqvim həftəsi

10 ildən çox əmək stajı olduqda – azı 9 təqvim həftəsi

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov