Mayda ölkədən çıxışı qadağan olunan 831 nəfərin səfərinin qarşısı alınıb

Mayda ölkədən çıxışı qadağan olunan 831 nəfərin səfərinin qarşısı alınıb

06 İyun 2026

May ayı ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 831 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 8 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.