Bu gün Naxçıvanda Vl siniflər üzrə monitorinq keçirilib -

Bu gün Naxçıvanda Vl siniflər üzrə monitorinq keçirilib - FOTO

06 İyun 2026

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monotorinq keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublikada monitorinq 17 mərkəzdə təşkil olunub. Monitorinqdə muxtar respublikanın ümumtəhsil müəssisələrindən 5 minə yaxın şagird iştirak edib.

Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.

️Şagirdlərimizə uğurlar arzulayırıq!