Artıq ödənilən əmək haqqı geri tutula bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək haqqım keçmiş aylarda aldığımdan artıq ödənilib. Həmin artıq ödənilən məbləğ sonradan məndən tutula bilərmi?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə əsasən, səhv riyazi hesablamalar nəticəsində işçiyə artıq ödənilmiş məbləğ yalnız verildiyi gündən etibarən 1 ay müddətində işçidən geri tələb oluna bilər.
Əgər artıq ödənişin verildiyi tarixdən 1 ay müddət keçərsə, həmin məbləğin işçidən tutulmasına yol verilmir. Bu müddət keçdikdən sonra işəgötürən tərəfindən əmək haqqından hər hansı məbləğin tutulması qanunvericiliyə zidd hesab olunur.
Belə hallarda işçi hüquqlarının qorunması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilər.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli








