Hansı yaşa çatmış uşağın fikri mütləq nəzərə alınır?  -

Hansı yaşa çatmış uşağın fikri mütləq nəzərə alınır? - HÜQUQ MƏSLƏHƏTİ

06 Mart 2026

Sual: Hansı yaşa çatmış uşağın fikri mütləq nəzərə alınır?  

Cavab: Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Ailə Məcəlləsində nəzərdə tutulmuş  hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov